Azərbaycandan Ermənistana yanacaq ixracı davam edir.
"Unikal" xəbər verir ki, bu gün Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib.
Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib. Belə ki, bu gün 4 vaqondan ibarət, ümumi çəkisi 240 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.
***08:59
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq.
"Unikal" xəbər verir ki, bununla yanaşı, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.
Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
