Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görkəmli baletmeysterlə aprelin 14-ü, saat 11:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, görkəmli baletmeyster bu gün 97 yaşında vəfat edib.

*** 17:26

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

"Unikal" xəbər verir ki, görkəmli baletmeyster, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov 13 aprel 2026-cı il tarixində, ömrünün 97-ci ilində vəfat edib.