Aprelin 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ağstafa, Qazax, Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Kəlbəcər, Yevlax, Zərdab, Göyçay, Qusar, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Neftçala, Goranboy, Daşkəsən, Naftalanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər rayonlarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

*** 16:08

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.