Xəzər dənizində növbəti dəfə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələnin maqnitudası 3.2, dərinliyi 20 km olub.
*** 13:11
Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
***13:10
Azərbaycanda zəlzələ olub.
"Unikal"ın məlumatına görə, yeraltı təkanlar cənub zonasında və Salyan-Neftçala bölgəsində hiss edilib.
Seymur Əli
