"Gündəliyini nəzərə alaraq, Rusiya prezidenti istəsə belə, təfərrüatlara varmaq iqtidarında deyil. Düşünürəm ki, ona bu nüans barədə məlumat verilməyib".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putinin seçkilərdə Rusiya pasportu olan insanların iştirakı ilə bağlı açıqlamasından danışarkən bildirib.
Paşinyan bildirib ki, Rusiya prezidenti Ermənistan Konstitusiyasını və qanunlarını bu qədər ətraflı öyrənməyə məcbur deyil: "O, tam məlumatlandırılmalı idi. Mən ona belə bir nüans olduğunu bildirdim".
Xatırladaq ki, dünən Rusiya prezidenti Ermənistanın baş nazirinə demişdi: "Bu sizin qərarınızdır, amma biz istərdik ki, Rusiya pasportu olanlar daxili siyasi proseslərdə iştirak edə bilsinlər".
Ağarza Elçinoğlu
