Ukrayna lideri Volodimir Zelenski çərşənbə günü ABŞ rəsmiləri ilə onlayn formatda görüş təşkil edib.

"Unikal" xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Məlumata əsasən, müzakirələrdə NATO-nun baş katibi Mark Rutte, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezident Donald Trampın kürəkəni Cared Kuşner və amerikalı senator Lindsi Qrem də iştirak ediblər.

Görüşün detalları açıqlanmayıb.