Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "TASS"a bildirib.
"Biz artıq görüşü bitirdik", - deyə Kremlin sözçüsü gqeyd edib.
Qeyd edək ki, görüş Moskva vaxtı ilə təxminən saat 17:30-da başlayıb.
*** 18:49
Rusiya Prezidenti Vladimir Putin Kremldə işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
"Unikal" xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Rusiya-Ermənistan danışıqlarından sonra iki lider təkbətək müzakirələrini işgüzar səhər yeməyi zamanı davam etdirəcəklər.
Danışıqlar zamanı Putin və Paşinyanın ikitərəfli məsələləri və Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə etmələri gözlənilir.
Kremlin məlumatına görə, bundan əlavə, liderlər Rusiya-Ermənistan strateji tərəfdaşlığının perspektivlərinə, Avrasiya regionunda inteqrasiya əməkdaşlığına və cari regional məsələlərə toxunacaqlar.
