Samuxda Kürdə köməksiz vəziyyətdə qalan bir ailənin 4 üzvü xilas edilib.

"Unikal"ın məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Samux rayon icra hakimiyyətinin əməkdaşların birgə iştiraki ilə köməksiz vəziyyətdə qalan ailə Kürün ortasından kənar əraziyə çıxarılıblar.

Hazırda onların vəziyyətlərinin normal olduğu bildirilir.

***14:38

Samuxda Kürdə köməksiz vəziyyətdə qalan şəxslərin kimlikləri məlum olub.

"Unikal"ın məlumatına görə, həmin şəxslər bir ailənin 4 üzvüdür. Onlar Gədəbəy rayon sankinləri,1990-ci il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və övladları 2019-cu il təvəllüdü B.Mustafayeva 2025-ci il təvəllüdlü A.Mustafayevdir. Məlumata görə, həmin şəxslər bitki və odun yığan zaman Kürdə köməksiz vəziyyətdə qalıblar.

Hazırda  həmin şəxslərin xilas edilməsi istiqamətində işlər gedir.

***13:28

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qalıblar.

"Unikal"ın məlumatına görə, rayon sakinləri olan bir neçə nəfər Kürün ortasındakı adada odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Nəticədə onlar Kürün ortasında qalıblar.

Dərhal əraziyə FHN-in və adiyyatı qurumların əməkdaşları cəlb edilib. Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

Tural Əhmədov