Tanınmış prodüser Erol Köse həyatını itirib. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kösenin İstanbulda 16-cı mərtəbədəki mənzilindən özünü ataraq intihar etdiyi iddia edilir.

Dərhal hadisə yerinə polis və tibb qrupları göndərilib. Tibb işçiləri Kösenin həyatını itirdiyini müəyyən ediblər.