"Kasıb sözünü sevmirəm, amma kasıb düşüncəni qınayıram".
"Unikal" xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Qapqara" "YouTube" layihəsində deyib.
Yumor ustası kasıb-varlı ayrıseçkiliyindən danışıb:
""Selfinaz 2" şousunda bu zarafatı demişdim: Baxırsan pulu var, amma ruhda kasıbdır. Kasıb elə həmişə tələsir. Yemək yeyəndə çayı fikirləşir ki, samavar çayı içəcəyəm. Çayı içəndə də düşünür ki, çıxıb çöldə qəlyən çəkəcəyəm. Qəlyan çəkə-çəkə deyir, durub oynayacağam. O qədər hər şeyə tələsir ki, Allah belə onu tutub ruzisini verə bilmir. Dua edəndə də bitirməmiş fikirləşir ki, bəs hanı mənim ruzim?".
