İsveçrə neytrallıq qanununun pozulması səbəbindən ABŞ da daxil olmaqla, Yaxın Şərq münaqişəsində iştirak edən ölkələrə hərbi texnika və silah ixracını dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

Hökumətin mətbuat açıqlamasında deyilir: "Federal Şura İrandakı müharibədə iştirak edən dövlətlərə ixrac üzrə Neytrallıq Aktının tətbiqinin nəticələrini qiymətləndirib. Münaqişə zamanı İranla beynəlxalq silahlı münaqişədə iştirak edən ölkələrə hərbi texnikanın ixracına icazə verilə bilməz".

Mövcud icazələrin və digər malların ixracının bundan sonra Neytrallıq Qanununa uyğunluğunu təmin etmək üçün idarələrarası ekspert qrupu tərəfindən vaxtaşırı nəzərdən keçiriləcəyi bildirilir.

"Hazırda ABŞ-yə hərbi texnikanın ixracına icazə verilmir. Bu, ölkənin beynəlxalq silahlı münaqişədə iştirakı ilə bağlıdır. Eyni şey İrana da aiddir", - hökumət qeyd edib.

Ağarza Elçinoğlu