ABŞ vətəndaşlarını təhlükəsiz olduğu təqdirdə Səudiyyə Ərəbistanını kommersiya uçuşları ilə tərk etməyə çağırırıq.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi açıqlama yayıb.
"Səudiyyə Ərəbistanının hava məkanı açıq qalır, lakin davam edən raket və dron təhdidlərinə qarşı durmaq üçün hava nəqliyyatına məhdudiyyətlər tez-tez tətbiq olunur", - məlumatda qeyd olunur.
Qeyd olunur ki, Ər-Riyad, Ciddə və Dammam hava limanları hələ də açıq və fəaliyyətdədir, lakin potensial gecikmələr və ləğvlər səbəbindən səyahətçilərə uçuş statuslarını birbaşa aviaşirkətləri ilə yoxlamaları tövsiyə olunur.
Gülayə Mecid
