Almaniyada Berlin hava limanında 445 reys ləğv edilib

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Brandenburg hava limanında əməkhaqqı mübahisəsi səbəbindən işçilərin keçirdiyi tətil təxminən 57 min sərnişinin zərər görməsinə səbəb olub.

Qeyd olunur ki, həmkarlar ittifaqı ilə işəgötürən arasında kollektiv danışıqlarda fikir ayrılıqları davam edir. Aeroport rəhbərliyi əmək haqqının 1% artırılmasını təklif edərkən, Ver.di həmkarlar ittifaqı işçilər üçün 6% və ya ayda ən azı 250 avro artım tələb edir. Həmkarlar ittifaqı həmçinin üzvləri üçün əlavə istirahət günü də tələb edir.

Tərəflər arasında kollektiv danışıqların növbəti mərhələsi martın 25-də keçiriləcək. Rəsmilər sərnişinlərin narahatlığını minimuma endirmək üçün alternativ planlar üzərində işləyirlər.

Ayxanım Məlikova