“Yeraltı” serialının heyətinə sürpriz aktyor qatılıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aktyor Burak Çelik layihədə "Volkan" obrazını canlandıracaq.

Belə ki, Burak Çelik 8-ci seriyadan etibarən süjetə qoşulacaq. Bildirilir ki, bu obraz hadisələrin gedişinə ciddi təsir göstərəcək. 

Həmçinin, Volkanın ortaya çıxması həm "Haydar Ali", həm də "Bozo" tərəfdə yeni qarşıdurmalar yaradacaq və İstanbulun kriminal dünyasında güc mübarizəsini daha da kəskinləşdirəcək.

Ayxanım Məlikova