ABŞ Silahlı Qüvvələri Xarq adasında neft infrastrukturuna toxunmadan İranın 90-dan çox hərbi hədəfini məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında deyilir.
***10:03
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranın Xarq adasındakı "bütün hərbi hədəfləri məhv etdiyini" və bunun "Yaxın Şərq tarixindəki ən güclü bombardman kampaniyalarından biri" olduğunu bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
ABŞ prezidenti həmçinin Xarqı "tacın incisi" adlandırıb.
Qeyd edək ki, Xarq Fars körfəzinin şimalında yerləşir. O, İranın "neft arteriyası" adlanır və İranın neft ixracatının 90%-ni təşkil edir.
Gülayə Mecid
