Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta martın 11-də Azərbaycana rəsmi səfər edəcək.  

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Koşta bu barədə özü məlumat verib. 

O, Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan hökumətinin nümayəndələri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Koşta qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün strateji tərəfdaşdır. O bildirib ki, iki ölkə arasında enerji əməkdaşlığı Aİ-nin enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi səylərində əsas rol oynayır.

Qarşıdan gələn danışıqlar həmçinin Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirə etmək üçün fürsət yaradacaq.

Koşta vurğulayıb ki, "Avropa İttifaqı Azərbaycan hökuməti və xalqı ilə tam həmrəydir".