Martın 5-də İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa’ar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Unikal"a bildirilib ki, telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov martın 5-də İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.
İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.
*** 18:16
İsrailin xarici işlər naziri Gideon Saar xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
"Unikal" xəbər verir ki, Saar bildriib ki, İsrail məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirməkdə qərarlıdır:
"Mən İranın Azərbaycana qarşı açıq və qəsdən etdiyi təcavüzü pislədim. Azərbaycana və regiondakı digər ölkələrə qarşı bu təcavüz tamamilə qəbuledilməzdir və bir daha sübut edir ki, İran rejimi ağılsız və cilovsuzdur", - deyə İsrail xarici işlər bildirib.
