Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər Sərəncamla, Cavidan Rizvan oğlu Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

   Prezidentin səfir təyin etdiyi Cavidan Hüseynov   KİMDİR?

Eyni zamanda, Elmar Eldar oğlu Məmmədov Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeni sədr- Elmar Məmmədovu yaxından tanıyaq | Banco.az

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulu vəzifəsinə təyinat olub. Bu vəzifəyə Kamran Vahid oğlu Məmmədzadə təyin edilib.