Xətai rayonunda mənzildən meyit tapılıb.

"Unikal" xəbər verir ki, hadisə dünən saat 17 radələrində baş verib.

Belə ki, 1947-ci il təvəllüdlü Aleksey Tyutyunikovun meyiti yaşadığı paytaxtın Seyid Əzim Şirvani küçəsində yerləşən mənzildə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.