Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Yolçu Məmmədovun nəşinin qalıqları 34 il sonra doğulduğu torpaqda dəfn olunub.
"Unikal"ın məlumatına görə, şəhid Yolçu Sarı oğlu Məmmədovun nəşinin qalıqları bu gün doğulduğu Seyfəli kəndinə gətirilərək ailəsinə təhvil verilib. Daha sonra rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmalarının iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazı qılındıqdan sonra şəhid Yolçu Məmmədovun qalıqları Seyfəli kəndindəki şəhərindəki xiyabanında dəfn olunub.
Qeyd edək ki, şəhid Yolçu Sarı oğlu Məmmədovun 1966-cı ildə Şəmkir rayonun Seyfəli kəndinə anadan olub. 1992-ci ilin iyun ayında könüllü Qarabağ döyüşlərinə qatılıb. Elə həmin ilin 13 iyun tarixində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb.Şəhid Yolçu Məmmədov ailəli olub.
