Dələduzluqda təqsirləndirilən Ofelya Həsənovanın məhkəməsi yekunlaşıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Ofelya Həsənova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

O. Həsənovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu