Samux rayonunda başından ağır xəsarət alan kişi xəstəxanada həyatını itirib.

"Unikal"ın məlumatına görə, rayonun Füzuli kənd sakini, 1955-ci il təvəllüdlü P. Poladov baş nahiyəsinin çapılmış yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov