“İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi zədəsini tam sağaldaraq məşqlərə qayıdıb.
"Unikal" "The Touchline" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı argentinalı ulduz futbolçu MLS-in yeni mövsümünün ilk oyununa hazır olacaq.
Xatırladaq ki, Messi Ekvadorun "Barselona" klubu ilə keçirilən yoldaşlıq görüşündə zədələnmişdi.
Qeyd edək ki, fevralın 22-də start götürəcək müntəzəm mövsümün ilk turunda “İnter Mayami” səfərdə “Los-Anceles”lə qarşılaşacaq.
