Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı 50 milli çempionatının yeni reytinq siyahısını açıqlayıb.

"Unikal" xəbər verir ki, Misli Premyer Liqası reytinqdə 1991,5 xalla 41-ci pillədə qərarlaşıb.

Dünyanın ən güclü milli çempionatı kimi İngiltərə Premyer Liqası seçilib. İkinci pillədə Braziliya A Seriyası yer alıb. İtaliya A Seriyası isə ilk üçlüyü tamamlayıb. İspaniya La Liqası və Almaniya Bundesliqası isə müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, qurum siyahını tərtib edərkən 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövrdə liqaların beynəlxalq arenadakı nəticələrini və ümumi göstəricilərini əsas götürüb.