Moskvada meyiti tapılan azərbaycanlı cütlüyün kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kəndindəndir. Onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır.
Nağıyev əvvəllər Ucar rayonunda ziyafət salonunda işləyib, lakin təxminən 10 il əvvəl pul qazanmaq üçün Rusiyaya gedib. Onun cənazəsi bu gecə Ucar rayonuna gətiriləcək.
Rusiya İstintaq Komitəsi hadisənin bütün hallarını araşdırır.
Qeyd edək ki, onların ikisinin də intihar etdiyi iddia edilir.
Cütlüyün üç azyaşlı uşağı qalıb.
