Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində müğənni Edis Görgülü barəsində saxlanılma qərarı çıxarılıb.

"Unikal" xəbər verir ki, saxlanılma qərarı çıxdıqdan sonra müğənni Türkiyəni tərk edib. İddialara görə, Edis Braziliyaya yollanıb.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan “narkotik” istintaqı çərçivəsində “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma”, “qəbul etmə və ya saxlama, yaxud istifadə etmə”, “fahişəliyə təşviq və vasitəçilik etmə” və “narkotik və ya psixotrop maddələrin istifadəsini asanlaşdırma” maddələri üzrə 25 nəfərə qarşı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 19 şübhəli şəxs saxlanılıb.

Gülayə Mecid