Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Aşk-ı Memnu" serialında "Adnan Ziyagil" obrazını canlandıran Selçuk Yöntem eyni adlı roman əsasında çəkilən “Bihter” filmi barədə danışıb.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Halit Ziya Uşaklıgilin əsərindən ilhamlanan film nümayiş olunduğu dövrdən müzakirələrə səbəb olub. Qeyd edək ki, aktyor Selçuk Yöntem qonaq olduğu proqramda layihəni bəyənmədiyini açıq şəkildə ifadə edib.
"Dürüst olmalıyam və deyə bilərəm ki, filmi bəyənmədim", - deyə aktyor bildirib.
Onun bu açıqlaması yenidən müzakirələrə səbəb olub.
Ayxanım Məlikova
