"Bavariya"nın hücumçusu Harry Kane son üç mövsümdə Avropanın beş aparıcı liqasında “qol+assist” sistemində liderdir.

"Unikal" xəbər verir ki, onun aktivində 110 məhsuldar hərəkət var. Bu barədə məlumatı "The Touchline" X sosial şəbəkəsində yayıb.

Bundesliqanın 22-ci turunda Münhen təmsilçisi səfərdə "Verder"i 3:0 hesabı ilə məğlub edib. Keyn bu oyunda 2 qol vurub.

Liderlər siyahısında ikinci yerdə Kilian Mbappedir. Onun aktivində 95 qol və assist var. Beləliklə, Keyn ən yaxın rəqibindən 15 məhsuldar hərəkət öndədir.