"Futbolçularıma təşəkkür edirəm, çox vacib qalibiyyət əldə etdilər. Həmçinin Bakıdan bizi dəstəkləməyə gələn azarkeşlərimizə və bütün qubalılara təşəkkür edirəm. Komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik etdilər".
"Unikal" xəbər verir ki, bunu Misli Premyer Liqasının XX turunun “İmişli” - “Qarabağ” (0:1) oyunundan sonra baş məşqçi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubuna qarşı fevralın 18-də keçiriləcək ilk oyun barədə də fikirlərini bildirib: "Nyukasl" sürətli, fiziki gücü üstün olan komandadır. Onlara qarşı sürətli oynamalı, topla yüksək səviyyədə davranmalısan. Lakin təəssüf ki, son iki oyunumuzda futbolçularımız dörd matçlıq yükləməyə məruz qaldılar. Yenə də təcrübəmiz var, hazırlaşacağıq".
