2025-ci il ərzində aparılmış məmnuniyyət sorğularının nəticələri “Azərbaycan Dəmir Yolları”QSC-nin (ADY) sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldiyini göstərir. 

“Unikal” xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, əyani sorğularda 84,3%, rəqəmsal sorğularda 78,8%, ⁠korporativ müştərilər arasında sorğuda isə 100% məmnuniyyət səviyyəsi qeydə alınıb.