Futbol üzrə Türkiyə Superliqasının XXII turunda keçiriləcək “Trabzonspor”-“Fənərbağça” oyununun hakimi bəlli olub.

"Unikal" xəbər verir ki, turun mərkəzi görüşünü FIFA referisi Halil Umut Meler idarə edəcək.

Qeyd edək ki, fevralın 14-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.