Gəncədə 20 yaşlı oğlanın xəsarət alması ilə bağlı bəzi detallar məlum olub.
Unikal”ın məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ruhi-əsəb dispanserində qeydiyyatda olan C. Əliyevin özünə xəsarət yetirdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

XXX

20:07

Gəncə şəhərində 20 yaşlı gəncə qarşı zorakılıq hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici-deşici alətlə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, gəncin vəziyyəti kafidir.

İlkin məlumata əsasən, o əvvəlcə döyülüb, daha sonra isə kəsici-deşici alətlə yaralanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov