Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Emil Orucov və Nadir Zahirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxslərin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyib. 

Daha sonra məhkəmə hökmü elan edib.

Hökmə əsasən, hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs Nəsimi rayonu Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onlardan 20 kq - a yaxın marixuana - narkotik vasitənin götürüldüyü ittiham olunur. 

Onlara qarşı 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) və 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu