İspaniyanın "Barselona" komandasının prezidenti Joan Laporta və klubun direktorlar şurasının bir neçə üzvü istefa verib.

"Unikal" xəbər verir ki, onlar martın 15-də şuraya keçiriləcək yeni seçkilərdə iştirak etmək üçün bu addımı atıblar.

Direktorlar şurası yeni tərkibdə iyunun 30-dək fəaliyyət göstərəcək. Klubun müvəqqəti prezidenti vəzifəsini Rafael Yuste icra edəcək.