"Qanunun aliliyinin, etimad və şəffaflığın gücləndirilməsində alternativ mübahisə həlli mexanizmləri də mühüm rol oynayır".
"Unikal" xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov “LEGİS” Hüquq Forumunda çıxış edərkən deyib.
"Ümid edirik ki, ölkəmizdə arbitraj institutlarının inkişafı kommersiya və mülki mübahisələrin daha operativ və səmərəli həllinə xidmət edəcək. Bu sahədə məhkəmə sistemi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və biz də bu istiqamətdə dəstək göstərməyə hazırıq. Qloballaşan dünyada hüquq sistemi dəyişən iqtisadi və texnoloji çağırışlara uyğunlaşmalıdır. Bu baxımdan süni intellektin hüquqda tətbiqi artıq reallıqdır.
Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir, lakin düzgün və məsuliyyətli istifadə edildikdə məhkəmə təcrübəsinin təhlilində, hüquqi sənədlərlə işdə və risklərin qiymətləndirilməsində effektiv köməkçi alətə çevrilir. Hazırda məhkəmələrdə bu istiqamətdə zəruri addımlar atılır və süni intellektin tətbiqi məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edəcək", - deyə İnam Kərimov əlavə edib.
