03.02.2026-cı il tarixində saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından "Unikal"a bildirilib ki, ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub.
Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
***
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
“Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. O əməliyyat edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Gənc oğlanın hansı şəraitdə bıçaqlanması məlum deyil.
Qeyd edək ki bıçaqlanan V.Rzayev "Kəpəz "futbol komandasının oyunçusudur. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
