Küveyt hava məkanını müvəqqəti olaraq bağlayıb və uçuşları alternativ hava limanlarına yönləndirib.

"Unikal" xəbər verir ki, bu barədə  "Al Jazeera" telekanalı məlumat yayıb. 

"Küveyt Mülki Aviasiya İdarəsi İranın hücumu ilə əlaqədar olaraq ölkənin hava məkanının müvəqqəti olaraq ehtiyat tədbiri olaraq bağlandığını elan etdi" - kanal açıqlamasında qeyd edib. 

Qeyd olunur ki, uçuşlar alternativ hava limanlarına yönləndiriləcək.

Gülayə Mecid