Xəbər verdiyimiz kimi, bu gün Şəmkirdə 23 yaşlı gənc oğlan dəm qazından zəhələnərək dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində kəndində baş verib.2003-ci il təvəllüdlü, Şəmkir rayonu Təzəkənd kənd sakini Məmmədov Ruhlan Etibar oğlu yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.
Qeyd edək ki gənc oğlan tək yaşayırmış. Onun atası ilə anası bir müddət əvvəl ayrılıb.Mərhum subay olub.Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır
*** 09:33
Şəmkirdə 23 yaşlı oğlan dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini 2003-cü il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı evin yataq otağında dəm qazından boğularaq ölüb.
Hadisə yerinə rayon polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
