Neftçalada balıq ovuna çıxan şəxs Xəzərdə boğulub.

"Unikal" xəbər verir ki, hadisə yanvarın 29-da Neftçala rayonunda baş verib. Belə ki, Məmmədov Habil Qabil oğlu rayonun Mayak kənd ərazisində Xəzər dənizində balıq ovu etmək istəyərkən boğularaq ölüb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.