Mərhum meyxanaçı Elnur Valehin Lənkərandakı villası satışa çıxarılıb. 

"Unikal" xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video paylaşılıb. İkimərtəbəli villa 190 min manata satılır. 

Qeyd edək ki, uzun müddətdir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkən Elnur Valeh ötən ilin iyulunda vəfat edib.