ABŞ Dövlət Departamenti 100 mindən artıq vizanın ləğv edildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, məlumat qurumun “X” sosial şəbəkəsində yayımladığı rəsmi paylaşımda yer alıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları ilə daha əvvəl cinayət fəaliyyəti ilə bağlı təmasda olmuş şəxslərə verilən vizalar da daxil olmaqla, ümumilikdə 100 mindən çox viza ləğv olunub. Bu siyahıya təxminən 8 min tələbə vizası və 2,5 min ixtisaslaşdırılmış iş vizası da daxildir.
Qeyd olunub ki, bu kateqoriyaya daxil olan şəxslərin deportasiyası ABŞ-ın milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə davam etdiriləcək.
