İran hüquq-mühafizə orqanlarının əməkdaşları Əfqanıstan Daxili İşlər Nazirliyinin generalı Əkraməddin Sarinin qatilini Tehranda həbs ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Maleki açıqlayıb.

"General Ekramuddin Sarinin qətlində şübhəli bilinən şəxs İran paytaxtında həbs edilib. İran Əfqanıstanın təhlükəsizlik problemlərinin Tehrana və ya Məşhədə yayılmasına imkan verməyəcək", - deyə o qeyd edib. 

Əfqanıstan Respublika Hökuməti dövründə Təxar əyalətinin keçmiş polis rəisləri Sarini və Almas 24 dekabr 2025-ci ildə Tehranın Vəli Əsr rayonunda, Əfqanıstandan qaçan əsgərlərə hüquqi yardım göstərdikləri ofislərinin yaxınlığında güllələniblər. Bu qətllər Əfqanıstan müxalifət qrupları arasında "Taliban"a qarşı kəskin reaksiyaya səbəb olub. Əfqanıstan Milli Müqavimət Cəbhəsi, sürgündə olan Əfqanıstan İslam Cəmiyyəti partiyası və Əfqan Azadlıq Cəbhəsi "Taliban"ı hədəfli qətllər törətməkdə ittiham ediblər. Onlar Tehranı ciddi və şəffaf araşdırma aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırıblar.

Ağarza Elçinoğlu