Türkiyə Müdafiə Nazirliyi Suriyanın Hələb şəhərində təhlükəsizliyi təmin etmək üçün antiterror əməliyyatı apardığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Dekabrın 23-də Suriya hakimiyyətinin hökumət ordusu ilə kürd silahlı qruplaşmaları arasında baş verən toqquşmalar səbəbindən Hələbdəki təhsil müəssisələrində dərsləri və dövlət qurumlarının işini dayandırdığı bildirilib. 

Ötən gün isə Dəməşqin nəzarətində olan qüvvələr Hələbdəki kürd məhəllələrini mühasirəyə alıb.