2010-cu illərdə Nepal sakinlərinin həyatına son qoyan "Dhurbe" adlı qatil fil sağdır, lakin hökumətin nəzarəti altındadır və artıq təhlükə yaratmır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nepal Turizm Şurasının baş direktoru və Qandaki əyalətinin rəhbəri Mani Lamiçhane açıqlama yayıb.
Onun sözlərinə görə, insanların ölümündən sonra fil axtarışda olub. Lakin Nepal hakimiyyəti onu tutub və hazırda nəzarət altındadır. Ekspert əminliklə qeyd edib ki, "Dhurbe" artıq insanlara hücum etmir və Çitvan Milli Parkının cəngəlliklərinə sığınıb.
Qeyd edək ki, "Dhurbe" adlı fil dünyada məşhurdur. Nepalın Çitvan Milli Parkında 2009-cu ildən 2012-ci ilə qədər dörd il ərzində 16 nəfərin ölümünə və 50-dən çox evin dağılmasına səbəb olan vəhşi erkək fildir. Fil ilə əlaqə 2013-cü ildə kəsilsə də, sonradan zaman-zaman yenidən peyda olub. Filin adı öldürdüyü əsgərin adı ilə bağlıdır.
