Almaniyanın Sahra Vaqenknext İttifaqı (BSW) partiyasından olan Avropa Parlamentinin üzvü Fabio De Masi Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə qarşı məhkəmə iddiası qaldırıb.

"Unikal" xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb. 

"De Masi fon der Leyeni məlumatları gizlətməkdə və Avropa Parlamentinin sorğularını qulaqardına vurmaqda ittiham edir. Şikayətin mahiyyəti AK prezidentinin müdafiə sənayesi nümayəndələri ilə qarşılıqlı əlaqələri barədə tam məlumat verməkdən imtina etməsidir", - deyə mətndə bildirilir.

De Masi fon der Leyenin 2024-cü ilin ortalarından başlayaraq silah şirkətləri ilə görüşləri, zəngləri və yazışmaları barədə məlumatların açıqlanmasını tələb edir. 

Gülayə Mecid