Rusiya neonasist ideologiyasını təbliğ edən 28 Kanada vətəndaşının ölkəyə girişini birdəfəlik qadağan edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

XİN-in məlumatına görə, "Rəsmi Ottava tərəfindən əvvəllər elan edilmiş qanunsuz anti-Rusiya məhdudiyyətlərinə cavab olaraq, Bandera tərəfdarı strukturlar və təşkilatlardakı fəaliyyətləri hazırda Kiyev rejimi tərəfindən təbliğ edilən cinayətkar neonasist ideologiyasını təbliğ etməyə yönəlmiş 28 Kanada vətəndaşının ölkəyə girişi birdəfəlik qadağan edilib".