Venesuela prezidenti Nikolas Maduronun ABŞ hökuməti tərəfindən ittiham olunması planlaşdırılan Nyu-York məhkəməsinin qarşısında onlarla insan toplaşıb.

"Unikal" xəbər verir ki, məhkəmə binasının qarşısında etirazçılar qaçırılan Venesuela liderinin portretlərini və üzərində "Prezident Maduronu azad et" yazıları olan şüarları tutublar.

Nyu-York məhkəməsi bazar ertəsi keçiriləcək dinləmədə Maduronu təmsil etmək üçün vəkil Devid Vikstromu təyin edib.