"Qəbələ"nin qış fasiləsində yoxlama oyunları keçirəcəyi rəqiblər açıqlanıb.
"Unikal" klubun mətbuat xdmətinə istindən xəbər verir ki, yanvarın 10-da Qəbələdə “Kəpəz”lə qarşılaşacaq komanda 3 gün sonra hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq..
“Qəbələ” burada daha iki oyun keçirəcək. Yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək “qırmızı qaralar”, ayın 18-də “Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq.
Oyunların başlama saatı və məkanı barədə əlavə məlumat veriləcəyi bildirilib.
