Ağsuda iki nəfər dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə Ağsu rayon Kəndoba kəndində baş verib.
Həmin kənd sakinləri 1996-cı il təvəllüdlü Əliyev Məhəmməd Cabir oğlu və 2002-ci il təvəllüdlü Əliyeva Aynur Cabir qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Seymur Əli
