Dekabrın 22-də keçirilən Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağında federasiyanın rəhbərliyinə seçkilər baş tutub.

"Unikal" xəbər verir ki,  səsvermənin nəticələrinə əsasən, **Azərbaycan Badminton Federasiyası**nın prezidenti Taleh Ziyadov növbəti 4 il müddətinə yenidən bu vəzifəyə seçilib.

Eyni zamanda Kəmalə Şahbazova və Teymur Hüseynov vitse-prezident, Ceyhun Məmmədəliyev və Natavan Məmmədova isə İdarə Heyətinin üzvləri seçiliblər.

Yığıncağın sonunda çıxış edən Taleh Ziyadov göstərilən etimada görə təşəkkür edib və federasiyanın qarşıdakı dövr üçün fəaliyyət planlarını açıqlayıb.